31 
yan
2026
13:51
57

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Anasını öldürüb, arvadını yaralayan qazi saxlanıldı

31 yan, 2026
13:51
857

Goranboy rayonunda bir gündə iki qadının bıçaqlanması ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Turkdunyasi.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Fəxralı kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Zoya Əhmədova və 1995-ci il təvəllüdlü Jalə Yolçuzadə bıçaq xəsarətləri alıb.
Hadisə zamanı Zoya Əhmədova aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər zərərçəkən isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Cinayəti törətməkdə 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyevin şübhəli olduğu bildirilir. Məlumata görə, o, ölən qadının oğludur. Ağır xəsarət alan 1995-ci il təvəllüdlü Jalə Yolçuzadənin isə şübhəli şəxsin həyat yoldaşı olduğu qeyd olunur. Zərərçəkən qadının iki uşaq anası olduğu bildirilir.
Qeyd edilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri var.
***
Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın