21 
fev
2026
14:09
65

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ukrayna Rusiyanın “İsgəndər” raketləri istehsal edən zavodunu vurdu

21 fev, 2026
14:09
765

Rusiyada “İsgəndər” və “Oreşnik” kompleksləri üçün raketlər istehsal edən müəssisəyə zərbə endirilib.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında həyata keçirilən hücum zamanı Udmurtiyanın Votkinsk şəhərində yerləşən “Votkinsk zavodu” hədəfə alınıb. Müəssisə “İsgəndər-M”, “Topol-M” və “Oreşnik” raketlərinin istehsalı ilə məşğuldur.
Zərbənin PUA ilə deyil, “Flaminqo” raketləri ilə endirildiyi iddia olunur.
Vurğulanıb ki, Votkinsk şəhəri ilə Ukrayna sərhədi arasındakı məsafə təxminən 1400 kilometrdir.
***
Regional Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 11 nəfər yaralanıb. Üç nəfər xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti orta, birinin isə vəziyyəti isə ağırdır.
Yerli sakinlər isə zavodun 22 və 36 nömrəli sexlərinin zədələndiyini bildirirlər.

Bizimlə əlaqə saxlayın