26 
fev
2026
13:04
70

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Paşinyan Polşada Azərbaycan və Türkiyədən danışdı

26 fev, 2026
13:04
1170

Ermənistan və Azərbaycan arasında sülh arxitekturası 1991-ci il Almatı Bəyannaməsinə əsaslanır, sülh prosesi isə 8 avqustda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə Vaşinqtonda Sülh Bəyannaməsinin imzalanması ilə zirvəyə çatıb.

Turkdunyasi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşaya səfəri zamanı deyib.
“ABŞ Prezidentinin şəxsi iştirakı və təşəbbüsü olmasaydı, sülh prosesi qeyri-müəyyən olardı, onun təşəbbüsü və iştirakının regionda sülhün bərqərar olmasında çox mühüm rol oynadığı göz qabağındadır”, - o bildirib.
Paşinyan çıxışında Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsinə də toxunub:
“Bölgəmizdə əhval-ruhiyyə dəyişir. Heç bir gərginlik yoxdur və ümid edirik ki, Ermənistan-Türkiyə münasibətlərində real dəyişikliklər olacaq. Mən Prezident Ərdoğanla bir neçə dəfə görüşmüşəm. Ötən ilin iyun ayında Türkiyəyə ilk işgüzar səfərimi etdim. Çox müsbət dialoq apardıq, amma digər tərəfdən, vəziyyət artıq praktik addımlara keçmək üçün kifayət qədər yetişib”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Polşada iki günlük rəsmi səfərdədir.

Bizimlə əlaqə saxlayın