18 
mar
2026
15:27
38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

ABŞ və İsrail İranın rayon məhkəməsinin binasına zərbə endirib

18 mar, 2026
15:27
738

ABŞ və İsrailin İranın cənubundakı Fars əyalətində rayon məhkəməsinə endirdiyi zərbə nəticəsində ölənlər və yaralananlar var.

Turkdunyasi.site xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, zərbə çərşənbə günü səhər vətəndaşların qəbul saatlarında baş verib. Ölən və xəsarət alanların dəqiq sayı hazırda məlum deyil.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Bizimlə əlaqə saxlayın