31 
mar
2026
12:32

53

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi

31 mar, 2026
12:32
853
Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mətni yayıb.
Turkdunyasi.site xəbər verir ki, bununla bağlı nazirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
"Tarixə qara ləkə kimi düşən bu ağrılı gündə minlərlə günahsız Azərbaycan türkü erməni silahlı dəstələri tərəfindən amansızcasına qətlə yetirilib. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq və unutdurmayacağıq! Şəhidlərimizi rəhmət, minnətdarlıq və ehtiramla anırıq", - deyə nazirliyin anım açıqlamasında qeyd olunub.



