Dünya - Turkdunyasi.az
<language>az</language>
<description>Dünya - Turkdunyasi.az</description>
Prezident namizədliyini geri götürdü
<turbo:content><![CDATA[ İraqın hazırkı Prezidenti Əbdüllətif Camal Rəşid dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib.
Turkdunyasi.site xəbər verir ki, bu barədə İraq parlamentinin mətbuat xidməti məlumat yayıb.
Onun hansı səbəbdən geri addım atdığı barədə məlumat verilməyib.
Bildirilib ki, hazırda prezident postuna 16 namizəd var.
Qeyd edək ki, İraq parlamentinin Rəyasət Heyəti prezidentin seçilməsi üçün xüsusi iclasın bu gün keçiriləcəyini açıqlamışdı. ]]></turbo:content>
Fransada hərbi hava qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb
<turbo:content><![CDATA[ Fransa Hərbi Hava Qüvvələrinə məxsus yüngül təyyarə ölkənin cənub-şərqində təlim uçuşu zamanı qəzaya uğrayıb.
Turkdunyasi.site xəbər verir ki, bu barədə "Parisien" qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat verib.
"Cirus SR-20" təyyarəsi Alp dağlarının Yuxarı Provans ərazisində qəzaya uğrayıb. Hər iki pilot yaralanıb və onlar xəstəxanaya çatdırıblar", - deyə məlumatda bildirilib. ]]></turbo:content>
Putinin reytinqi 67,8%-ə düşdü
<turbo:content><![CDATA[ 30 mart - 5 aprel 2026-cı il tarixləri arasında aparılan sorğunun nəticələrinə görə, Rusiya Prezidenti Vladimir Putinin reytinqi 67,8%-ə düşüb.
Turkdunyasi.site xəbər verir ki, bu barədə Ümumrusiya Dövlət İctimai Rəy Araşdırmaları Mərkəzindən bildirilib.
Məlumata görə, bu, 2022-ci ildə Ukraynada müharibənin başlamasından bəri ən aşağı səviyyədir:
“Respondetlərin Putinə etibar səviyyəsi də azalıb, 73,8%-ə düşüb”. ]]></turbo:content>
ABŞ və İsrail Tehranda iki yaşayış binasına zərbə endirib: Ölən və yaralanan var
<turbo:content><![CDATA[ ABŞ və İsrail qüvvələrinin Tehrana hücumu nəticəsində azı 13 nəfər həlak olub.
Turkdunyasi.site xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ və İsrail iki yaşayış binasına zərbə endirib:
"İndiyədək xilasetmə qrupları tərəfindən hadisə yerindən 13 şəhid çıxarılıb".
Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri davam edir.
Ölənlərin sayının artacağı istisna olunmur. ]]></turbo:content>
Ölənlərin sayının artacağı istisna olunmur. ]]></content:encoded>
Müharibə illərlə davam etsə belə İran raket və digər strateji resurs qıtlığı yaşamayacaq.
<turbo:content><![CDATA[ Regionda silahlı münaqişə bir neçə il uzansa belə, İran Silahlı Qüvvələri raket və digər strateji resurs qıtlığı yaşamayacaq.
Turkdunyasi.site "Al Mayadeen" telekanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin nümayəndəsi Əlaəddin Borucerdi bildirib.
"Hərbi əməliyyatlar aylarla və ya hətta illərlə davam edəcəyi təqdirdə, İran öz raket arsenalı və strateji potensialı ilə bağlı heç bir çətinliklə qarşılaşmayacaq", - iranlı parlamentari vurğulayıb.
Onun sözlərinə görə, Amerika tərəfi malik olduğu müasir silahlara baxmayaraq, İran Silahlı Qüvvələrinin müdafiə potensialı ilə qarşılaşaraq məğlubiyyətə uğrayıb. ]]></turbo:content>
Ərdoğan Rutte ilə danışdı
<turbo:content><![CDATA[ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Mark Rutte arasında telefon danışığı baş tutub.
Turkdunyasi.site xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, telefon danışığında Yaxın Şərqdəki münaqişə, NATO-nu maraqlandıran məsələlər müzakirə mövzusu olub. ]]></turbo:content>
İran Ben-Qurion hava limanını vurdu
<turbo:content><![CDATA[ İran İsrailin Ben-Qurion hava limanına hücum edib.
Turkdunyasi.site xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, bu gün hava limanına PUA-larla zərbələr endirilib. 1 və 2-ci terminallardakı idarəedilmə qüllələri, naviqasiya sistemləri və radarlar hücuma məruz qalıb. ]]></turbo:content>
Partiyası Paşinyanı namizəd kimi təsdiqlədi
<turbo:content><![CDATA[ Ermənistanın Vətəndaş Müqaviləsi Partiyası Nikol Paşinyanı Baş nazirliyə namizəd kimi rəsmi olaraq təsdiqləyib.
Turkdunyasi.site xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qərar hakim partiyanın qurultayında elan edilib.
Bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan partiyanın 7 iyunda keçiriləcək parlament seçkilərində iştirak edəcəyi proporsional təmsilçilik siyahısını açıqlayıb. Paşinyan 283 namizədin daxil olduğu siyahıya başçılıq edir. ]]></turbo:content>
Ağdaşda dəhşət: kişinin güllələnmiş meyiti öz həyətındən tapıldı
<turbo:content><![CDATA[ Ağdaşda dəhşətli hadisə baş verib.
Turkdunyasi.site Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yenicə kəndində qeydə alınıb.
Kənd sakini Fərid Namiq oğlu Osmanovun güllələnmiş meyiti yaşadığı evin həyətində tapılıb. Onun cansız bədənini ailə üzvləri aşkar edib.
Hadisə yerinə baxış zamanı F.Osmanovun ov tüfəngindən açılan atəş nəticəsində öldüyü məlum olub.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi açılıb, hadisənin motivi araşdırılır. ]]></turbo:content>
<content:encoded><![CDATA[ Ağdaşda dəhşətli hadisə baş verib.
Tramp İran savaşını bu tarixdə bitirəcək
<turbo:content><![CDATA[ ABŞ Prezidenti Donald Tramp bir tərəfdən Tehranın danışıqlara maraq göstərdiyini söyləyərkən, digər tərəfdən ölkəsinin yaxın 2-3 həftə ərzində İrandakı bütün hərbi hədəfləri məhv edəcəyini bildirib. Bu o deməkdir ki, müharibə hələ bir müddət də davam edəcək.
Turkdunyasi.site xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Tramp son çıxışında əvvəlkilərdə olduğu kimi, İranın donanması və hərbi hava qüvvələrinin böyük ölçüdə məhv edildiyini vurğulasa da, məsələni hələ tam bitirmədiklərinə işarə edib:
“Trampın çıxışından o da bəlli oldu ki, onun Hörmüz boğazının açılmasıyla bağlı orduya hücum əmri vermək fikri yoxdur. Misal üçün Ağ Ev sahibi deyib ki, ABŞ hazırda dünyada ən böyük neft və qaz istehsalçısı olduğuna görə Hörmüz boğazına ehtiyacı yoxdur və bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliyi özləri təmin etməlidir.
Tramp müharibəni dayandırmaq istəyən dövlətlərin vasitəçilik təklifləri ilə bağlı heç nə deməyib. Halbuki müxtəlif ölkələr vasitəçilik təşəbbüsləri ilə çıxış edirlər. Sonuncu dəfə belə təşəbbüslə Pakistanla Çin birlikdə çıxış ediblər. Çin və Pakistan müttəfiq olduqlarından Yaxın Şərqdəki durumla bağlı eyni mövqeyə malikdirlər. Ancaq Ağ Ev Çin xarici işlər naziri Vanq Yi ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında Pekində keçirilən danışıqlardan sonra verilən Pakistan-Çin birgə bəyanatını qulaqardına vurmuş kimi görünür. Yaxın Şərqdəki müharibə ikinci ayına qədəm qoyarkən, dünyanın enerji təchizatı ciddi böhran içində olarkən və neft qiymətləri kəskin şəkildə artırarkən, Pakistan və Çin sülhməramlı kimi prosesə müdaxilə etməyə çalışırlar. Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır.
Doğrudur, İran Çinə neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə şərait yaradıb. Buna baxmayaraq, davam edən gərginlik Çinin bölgənin enerji daşıyıcılarına çıxını məhdudlaşdırıb. Pekində hesab edirlər ki, ABŞ İrana qarşı hərbi əməliyyat vasitəsilə digər rəqiblərini qorxutmağa çalışır. Misal üçün Çinin Tayvan adasını nəzarətə götürməklə bağlı planı var. Çin planının reallaşması üçün münasib zaman gözləyir. Tayvanı yalnız hərbi yolla nəzarətə götürmək mümkündür. Vaşinqton Çinin Tayvan adasını hərbi yolla nəzarətə götürməsinə seyrçi qalmayacaq. Bu səbəbdən ABŞ-ın İrana qarşı hərbi əməliyyatı həm də Çinə mesajdır ki, Pekin Tayvan adasını nəzarətə götürmək planından imtina etsin”.
Politoloq xatırladıb ki, Donald Tramp mayın ortalarında Çinə səfər etməyi planlaşdırır:
“ABŞ prezidenti həmin tarixə qədər müharibəni bitirmək niyyətindədir. Pekin də buna ümid edir. Yaxın Şərqdəki müharibələr Çin iqtisadiyyatına mənfi təsir edir. Bu müharibələr Çin ixracatçılarına problemlər yaradıb. Çinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və İraqda müxtəlif layihələri mövcuddur. Hazırda isə bu ölkələrin hər biri atəş altındadır. İranın zəifləməsi də Çinin iqtisadi maraqlarına təsir edir. Tehran və Pekin arasında onilliklər boyu davam edən tərəfdaşlıq mövcuddur. Çin İranın aparıcı ticarət tərəfdaşıdır və İran neftinin təxminən 80%-ni alır. Digər tərəfdən, müharibələr Çinin plastik istehsalından tutmuş müasir sintetik parçalar üçün xammallara, telefonlara, elektrik avtomobillərinə və yarımkeçiricilərə gedən yüzlərlə komponentə qədər bütün təchizat zəncirinə mənfi təsir edir. Buna görə də Pekin Yaxın Şərq sülh prosesində fəal rol oynamaq barədə düşünür. Problem ondadır ki, Pekin qarşısında yenə Vaşinqtonu görəcək. ABŞ Çinin Yaxın Şərqdə diplomatik fəallığını əngəlləməyə çalışacaq.
İran Çinlə yanaşı Hindistana da neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə şərait yaradıb. Ancaq Pekin kimi Yeni Dehli də müharibənin uzanmasından narahatdır. Böyük iyirmiliyin (G20) 2023-cü ilin sentyabrında Yeni Dehlidə keçirilən sammitində Hindistan da daxil olmaqla, Cənubi Asiyanı Yaxın Şərq üzərindən Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizi ilə bağlı memorandum imzalanmışdı. Ancaq Yaxın Şərqdə davam edən müharibələr səbəbindən bu layihənin reallaşdırılması təxirə salınıb”. ]]></turbo:content>