4 
fev
2026
12:44

67

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Ağcabədidə pendir sexində antisanıtar vəziyyəti aşkarlandı

4 fev, 2026
12:44
767
Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Hümmət Xəlil oğlu Abışova məxsus pendir sexində yoxlama keçirib.
Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.





