11 
fev
2026
17:25
76

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

CƏNAB NAZİR RƏŞAD İSMAYILOV!-İsmayıllı meşələrində yaşıllıq terroruna son qoyun.

11 fev, 2026
17:25
776

Əvvəlcə onu qeyd etmək lazımdır ki, vətəni sevmək imandan irəli gəlir.Yəni əsl vətəndaş olmaq üçün lazım olan vaxtı heç bir müzakirə aparmadan vətənin daşı olmağı bacarmaq lazımdır. Eyni zamanda vətəni,ananı,torpağı,daşı,qayanı,dağı,düzəni,meşəni hay-küy salaraq sevmirlər yavaş-yavaş sevirlər.Bəli,qorumaq yolu ilə sevmək lazımdır bu vətəni.Vətəni yalnız sərvətlərinə görə deyil, bütövlükdə sevmək lazımdır.
Ancaq təəssüflər olsun ki,bu gün vətən sevgisindən ağız dolusu danışır, ancaq onun təbii sərvətlərini amansızlıqla məhv edib və məhz bu yolla varlanmağı hədəf seçənlər var.Axı qeyd olunan meşəliklər bizim nəfəsimizi,təmin edir gələcək nəsillərə sağlamlıq imkanları yaradır.Bəs onda niyə bəzi bədxahlar nəfəsimizi kəsir,övladlarımızın gələcək həyatını sual altına alırlar?
Uzun illər ərzində İsmayıllı meşələri odun tədarükünə və digər sahələrdə lazım olduğundan artıq şəkildə talan olundu və bu talan bu gün də davam edir.Bəs təbiəti mühafizə etməyə cavabdeh qurumlar hara baxır,niyə tədbir görülmür?Məgər bütün bu proseslər yalnız gecə ikən həyata keçirilir?
Xəbər agentliyimizdə bu kimi faktlar işıq üzü görən kimi fədakar vətəndaşlar dərhal bizimlə əlaqə saxlayır və baş verənlərin ört-basdır olunmasına yol verməyəcəklərini bildirir.Biz redaksiyamız adından həmin fəal vətəndaşlara dərin təşəkkürümüzü bildiririk ki,belə vətənpərvərlik nümunəsi göstərirlər.Bəli,bu vətən bizimdir və imkan verməyək ki,ağacımızı kəsib bizi kölgəsiz,bulaqlarımızı susuz qoysunlar.İmkan verməyək ki, İsmayıllı meşələri hesabına kimlərsə varlansın və sonra burdan gedəndə cəfasını bizlər,şəfasını onlar çəksin.
Yeri gəlmişkən biz cənab prezident İlham Əliyev tərəfindən Ekologiya və Təbii Sərvətlər Naziri təyin olunmuş hörmətli Rəşad İsmayılovu həm yeni təyinat münasibətilə təbrik edirik,həm də ondan bu kimi qanunsuz əməllərinə görə günahkar şəxslərin cəzalandırılmasını, vəzifədən kənarlaşdırılmasını xahiş və tələb edirik.
Cənab Nazirin diqqətinə çatdırırıq ki,bu fotolar 6-Saylı Regional Meşə Təsərrüfatı Mərkəzində vətəndaşlar tərəfindən çəkilib və həmin ərazi İsmayıllı Rayonu Yuxarı Zərnava kəndi ərazisində yerləşir.Qaldı bu ərazinin meşə təsərrüfatı mərkəzinə, bələdiyyə ərazisinə məxsus olduğu müəyyənləşdirilsin.Çünki uzun illərdir ki, bələdiyyə deyir ərazi meşəyə məxsusdur,meşə deyir bələdiyyəyə məxsusdur.Arada təbiətimiz məhv olunur.Ümumiyyətlə, bütün respublikada ən böyük restoranları kömür yanacağı ilə əsas İsmayıllı təmin edir.Bunu şəkillər vasitəsilə bilmək olur.Bu istiqamətdə dəfələrlə hüquq-mühafizə və ETSN yerli qurumları bir sıra qabaqlayıcı tədbirlər görüblər ancaq meşələrin qırılmasının qarşısını almaq olmur.
Redaksiyadan: Növbəti yazılarımızda başqa mövzular ətrafında paylaşımlar edəcəyik.Vətəndaşlara müraciət edərək əldə etdikləri dəqiq materialları bizə göndərmələrini xahiş edirik.Eyni zamanda biz burda konkret olaraq kimisə hədəfə almırıq sadəcə təbiətimizin qorunmasını əlaqədar qurumlardan xahiş və tələb edirik.Bizi izləməyi unutmayın. Ardı var!

Bizimlə əlaqə saxlayın