14 
fev
2026
18:29
45

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ötən gecə Nəsimi rayonunda polis profilaktik tədbirlər keçirib

14 fev, 2026
18:29
745

Ötən gecə Nəsimi rayonunda polis profilaktik tədbirlər keçirib

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı növbəti profilaktik tədbir keçirilib. Tədbirlər zamanı məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, qanunsuz küçə ticarəti, xırda xuliqanlıq, məişət səs-küyü və s. qanun pozuntuları ilə əlaqədar faktlar aşkarlanıb. Bu barədə Turkdunyasi.az-a idarədən məlumat verilib.

Nəsimi RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən və dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tədbirlər görülüb. “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən sürücülər də müəyyən olunub. Qayda pozan sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb. Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib.

Nəsimi rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək

Bizimlə əlaqə saxlayın