16 
fev
2026
13:40
73

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

“Bolmart” qiymətləri ilə müştəriləri aldadır – Fotofakt

16 fev, 2026
13:40
773


“Bolmart” supermarketlər şəbəkəsində müştəriləri rəf və kassa qiymətində aldadırlar. 

Bunu sözügedən marketdən mütəmadi alış-veriş edən müştəri Suad Süleymanlı bildirib. O bildirib ki, dəfələrlə bu barədə eşitsə də, heç vaxt qəbzdəki qiymətlərə diqqət etməyib. Ancaq bu dəfə diqqət edən zaman qiymət fırıldağını görüb:

“Supermarketlərdə rəsmən müştərinin cibinə girirlər. Mən də çoxları kimi yoxlamırdım. Necə olursa həmişə kassa qiyməti rəfdən daha baha olur. Mən bu yaxınlarda “Bolmart”dan alış-veriş etdim və maraq üçün qiymətləri yoxlamağa başladım. Elə ananasın üzərinə vurulmuş 18.5 kassada 20.5 olaraq çıxıb. Yəni hər adamdan ən azı 2 manat artıq alanda görün nə qədər pul edir”.

Qeyd edək ki, “Bolmart” marketlər şəbəkəsi “Pro Mart” MMC-yə məxsusdur və şirkətin əsas sahibi hazırda həbsdə olan Adnan Əhmədzadədir. O, eyni zamanda «Rahat Market» və «Port Baku Bazar» şəbəkələrinin də sahibidir. Şirkətin rəsmi qanuni təmsilçisi və rəhbərliyində zaman-zaman dəyişikliklər baş verib. Şirkətin sonuncu rəhbərləri Bəhruz Əhmədov, Ramil Məmmədov olub.(Xalq.online)

Qarşı tərəfi dinləməyə hazırıq.

Bizimlə əlaqə saxlayın