19 
fev
2026
00:55
62

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ramazan ayı başladı

19 fev, 2026
00:55
962

Bu gündən Ramazan ayı başlayıb.

Turkdunyasi.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf etdiyi qeyd olunub.
Fətvada bildirilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq, böyük ehtimalla 20 marta təsadüf edəcək:
"Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.
Qeyd edək ki, Şəvval ayının 1-i (martın 20-si) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.
Xatırladaq ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
Bundan başqa, Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimə əsasən, ilk Qədr (Əhya) gecəsi martın 8-i, digərləri isə martın 10-u, 12-si və 16-sı olacaq.

Bizimlə əlaqə saxlayın