19 
fev
2026
01:54
164

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

6 sayli RMTM-nin rəisi Oktay Mirzəyev getdi amma İsmayıllı meşələrində əl izi qaldı -FotoFakt

19 fev, 2026
01:54
7164

[hide][/hide]6 sayli RMTM-nin dırnaq arası qəhramanları Oktay Mirzəyev və onun pul yığanı Füzuli Nadirovun əl əməkləri. Bu barədə Turkdunyasi.az-a adının çəkilməsini istəməyən şəxs ciddi faktlar və ağacların kəsildiyi ərazidən konum göndərib. Əgər buna şübhəsi olan şəxslər varsa həmin ərazinin konumunu təqdim edə bilərik.

Belə ki, etibarlı mənbə bildirir ki, cavan İsmayıllı meşələri belə qırılarq kömür istehsalına gedir. Ancaq nədənsə bu meşəyə qənim kəsilən qəhramanlar barəsində Ekologiya və Təbii sərvətlər nazirliyi tərəfindən obyektiv qərar verilmir. Sadəcə gözdən pərdə asmaq məqsədi ilə yəni İsmayıllı meşələrinin talan olmasını ört basdır etmək üçün Ramiq Əşrəfov onları yeni yerlərə təyin etdi ki, indidə İsmayıllı meşələrində etdikləri yaşıllıq terrorunu həmin ərazidə həyata keçirib meşələri məhv etsinlər. Axı niyə görə meşələrin məhv olunmasına göz yumulur? Buyur cənab ekologiya naziri Buda sizə real fakt. Çox biabırçı hal bundan ibarətdir ki, təyin olunan şəxslər meşələri gəzmək əvəzinə idarədə kağız axtarirlar. Hörmətli cənablar idarədə kağız axtarmaqla vaxt keçirmək lazım deyil, meşədə kəsilmiş agacları axtarmaq lazımdı. Mövzunu diqqətdə saxlayacayıq.

Qarşı tərəfin də, mövqeyini işıqlandırmağa hazırıq.

Bizimlə əlaqə saxlayın