

E-mail: turkdunyasi.az@mail.ru
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri bu gün Bakıda "Ana harayı" abidəsini ziyarət ediblər.
Turkdunyasi.az xəbər verir ki, həmçinin baş prokuror Kamran Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli, mədəniyyət naziri Adil Kərimli, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, səhiyyə naziri Teymur Musayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və rəhbəri olduqları qurumların nümayəndələri Xocalı şəhidlərinin xatirəsini yad ediblər. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və rəhbərlik etdikləri qurumların əməkdaşları Xocalı faciəsinin qurbanlarının xatirəsini yad ediblər.







