26 
fev
2026
22:52

18

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti “Ana harayı” abidəsini ziyarət edib

26 fev, 2026
22:52
618
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti “Ana harayı” abidəsini ziyarət edib
Turkdunyasi.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Abidə önünə gül dəstələri düzülüb, Xocalı şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad olunub.
1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Bu faciə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar xüsusi amansızlıqla qətlə yetirilib.
Xocalı qurbanlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların acısı bizim ortaq kədərimizdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



