27 
fev
2026
12:41
40

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Sabah Bakıya qar yağacaq

27 fev, 2026
12:41
940

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Turkdunyasi.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-5° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bizimlə əlaqə saxlayın