27 
fev
2026
16:27
87

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Gülağa Əzizova Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını və qiymətli hədiyyəsi təqdim edildi.

27 fev, 2026
16:27
887

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı 65 illik yubileyi münasibətilə “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktor müavini-baş həkim Əzizov Gülağa Əzizağa oğlunu qəbul edib


Turkdunyasi.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 65 illik yubileyi münasibətilə Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin direktor müavini-baş həkim Əzizov Gülağa Əzizağa oğlu ilə görüşüb. Görüş zamanı İcra Hakimiyyətinin Başçısı yubilyara ən xoş arzularını çatdıraraq, ona Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını və qiymətli hədiyyə təqdim edib.
Xatırladaq ki, 2020-ci ildən Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin direktor müavini-baş həkim vəzifəsində işləyən Əzizov Gülağa Əzizağa oğlu çalışdığı müddətdə vəzifəsini ləyaqətlə təmsil etmiş, peşəkarlığı və yüksək insani keyfiyyətləri ilə seçilərək rayon sakinləri arasında böyük hörmət qazanmış, rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

Bizimlə əlaqə saxlayın