27 
fev
2026
22:10
156

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Vüqar Qurbanovla bağlı sensassion iddia: Səhiyyə Nazirliyini ABŞ-dan “vurdururmuş”…

27 fev, 2026
22:10
7156

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı direktoru Vüqar Qurbanov ilə bağlı sensassison iddialar yayılıb.

Turkdunyasi.az xəbər verir ki, Demokrat.az-a daxil olan iddialara görə, Vüqar Qurbanov TƏBİB-ə rəhbərlik etdiyi dövrdə ABŞ-da yaşayan azərbaycanlı jurnalist ilə əməkdaşlıq edib və ona Azərbaycanın Səhiyyə Nazirliyinin fəaliyyətini tənqid edən materialların hazırlanması ilə bağlı sifariş göndərib.

Bundan sonra isə sözügedən jurnalist tərəfindən nazirliyin fəaliyyəti ilə bağlı ardıcıl olaraq qərəzli və tənqidi paylaşımlar edilib.

Sözügedən jurnalistin adı redaksiyamıza bəllidir, dəqiqləşdirmə aparıldıqdan sonra adı oxuculara açıqlanacaq.

Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ötən həftə vəzifəsindən azad edilib

Bizimlə əlaqə saxlayın