1 
mar
2026
12:49

20

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı mətbuata müraciət edib

1 mar, 2026
12:49
920
Medianın İnkişafı Agentliyi (MEDİA) Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət edib.
Turkdunyasi.az xəbər verir ki, müraciətdə Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axınının müşahidə olunduğu qeyd edilir.
"Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq.
Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik", - müraciətdə vurğulanır.



