mar
2026
12:39
50

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara müraciəti

4 mar, 2026
12:39
750

Baş Dövlət Yol Polisi İdarəsinin vətəndaşlara müraciəti

Son zamanlar sosial şəbəkələrdə vətəndaşlara nəqliyyat vasitələri üzrə inzibati cərimə borcu olduğu barədə SMS bildirişlər göndərilməklə saxta internet səhifələrinə yönləndirən reklam və məlumatlar yayılmaqdadır. Həmin səhifələrdən biri də asanpayex.cc/az ünvanıdır.

Turkdunyasi.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara bildirir ki, qeyd olunan internet səhifəsinin dövlət qurumları və rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.

Vətəndaşlardan xahiş olunur ki, bu kimi saxta səhifələrə etibar etməsin, şəxsi məlumatlarını və bank kartı məlumatlarını belə platformalarda paylaşmasınlar.

Bir daha xatırladırıq ki, inzibati cərimələrlə bağlı məlumatların yoxlanılması və ödənişlərin həyata keçirilməsi yalnız rəsmi dövlət platformaları vasitəsilə aparılmalıdır.

Bizimlə əlaqə saxlayın