
E-mail: turkdunyasi.az@mail.ru
Masallı Dövlət Regional Kollecində görüş keçirilib
Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanovun təşəbbüsü ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənov kollecdə rəsmi səfərdə olmuşdur.
Turkdunyasi.az xəbər verir ki, səfərin məqsədi iki təhsil ocağı arasında əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, tədris prosesinin səmərəliliyinin artırılması və gələcək inkişaf prioritetlərinin müəyyən olunması idi.
Görüş çərçivəsində tərəflər birgə layihələrin icrası, pedaqoji və inzibati heyət üçün ixtisasartırma və təlim proqramlarının təşkili, tələbələrin pedaqoji və istehsalat təcrübəsinin daha effektiv qurulması, həmçinin müasir və innovativ idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində fikir mübadiləsi aparmışlar.
Görüş qarşılıqlı əməkdaşlığın inkişafına xidmət edən konkret tədbirlərin müəyyənləşdirilməsi və gələcək birgə fəaliyyət planının hazırlanması ilə başa çatmışdır.



