mar
2026
16:24
183

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yevlaxda 8 Mart–Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib

7 mar, 2026
16:24
7183

Yevlaxda 8 Mart–Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib

Turkdunyasi.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi təşkilat və ictimai - siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, rayonun idarə və müəssisələrinin qadın rəhbərləri,əməkdaşları, Şəhid ailələrinin üzvləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak etmişlər. 
Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı,müstəqilliyi uğrunda canlarını qurban vermiş Şəhidlərimizin müqəddəs xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. 
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev iştirakçıları salamlayaraq, 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik etmiş,fəaliyyətlərində uğurlar arzulamış, bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmış, gender məsələlərinin həllində əhəmiyyətli dönüşə nail olunmuşdur. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğu proseslərində qadınların yaxından iştirakı, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolu daim diqqət mərkəzində saxlanılır. Xaliq Əliyev ölkəmizdə bütün sahələrdə qazanılan uğurlarda qadınların, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın danılmaz xidmətlərinin olduğunu diqqətə çatdırmışdır. 
Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov çıxışında qadınları təbrik edərək, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışmışdır
Tədbirin gedişində Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhid analarına gül dəstələri təqdim olunmuşdur.  Daha sonra rayonun ictimai-siyasi həyatında fəallıqları ilə fərqlənən bir qrup yevlaxlı qadın Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri ilə mükafatlandırılmışlar.
Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında şən musiqilər səsləndirilmişdir.

Bizimlə əlaqə saxlayın