apr
2026
20:08
62

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar ayrılıb - FOTO

1 apr, 2026
20:08
962

Neftçalada 1 160 hektar pay torpağından yalnız 160 hektar ərazinin təyinatı üzrə istifadə edildiyi məlum olub.

Turkdunyasi.site "Qaynarinfo"ya istinadən xəbər verir ki, rayon sakinlərinin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənli barəsində şikayətlərindən sonra Kənd Təsərrüfatı Nazirliyi (KTN) araşdırma aparıb.
Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar ayrılıb - FOTO
Fotoda Nuruş Həsənli
Araşdırmalar nəticəsində aydın olub ki, pay torpaqları əkilmir. Əvəzində əkilməyən torpaqlara subsidiyalar verilib.
Bundan başqa, örüş üçün nəzərdə tutulan torpaqlar KTN-ə əkin torpaqları kimi təqdim edilib.
Sakinlərin bildirdiklərinə görə, araşdırmalar nəticəsində ortaya kifayət qədər ciddi qanun pozuntularının çıxmasına baxmayaraq, KTN ona yalnız töhmət verməklə kifayətlənib.

Bizimlə əlaqə saxlayın