14 
apr
2026
16:54
48

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Yalan ayaq tutar amma yeriməz!

14 apr, 2026
16:54
748

Ölkədə baş verən ictimai-siyasi hadisələri obyektiv, qərəzsiz və peşəkar şəkildə araşdıran media qurumlarının sayı günbəgün azalır. Bu boşluğu isə təəssüf ki, məsuliyyətsiz, faktlara söykənməyən, sifarişli və böhtan xarakterli paylaşımlar doldurmaqdadır. Xüsusilə sosial şəbəkələrdə və bəzi elektron platformalarda yayılan materiallar artıq jurnalistikanın prinsiplərindən yox, qərəzin və şəxsi maraqların diktəsindən xəbər verir.

Turkdunyasi.site xəbər verir ki, son dövrlərdə İsmayıllı şəhər İ. Həsənov adına 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov haqqında yayılan iddialar da məhz bu qəbildəndir. Bu yazılar nə faktlara əsaslanır, nə də jurnalist etikasına. Əksinə, diqqətlə baxdıqda onların qurama, şişirdilmiş və sifarişli olduğu açıq-aşkar görünür. Bunun üçün “alim” olmağa ehtiyac yoxdur — sadəcə sağlam düşüncə kifayətdir.

Əgər ortada obyektivlik varsa, niyə həqiqət təhrif olunur? Əgər qərəzsizlik prinsipi mövcuddursa, niyə düzə əyri, əyriyə düz deyilir? Bu sualların cavabı əslində hər kəsə bəllidir. Çünki bu hücumların arxasında görünən və görünməyən “kənar əl”, “xüsusi maraq” və şəxsi hesablaşmalar dayanır.


Bir neçə gündür ki, bəzi media nümayəndələri və blogerlər eyni mövzunu “xarab qramafon valı” kimi təkrarlamaqla məşğuldurlar. Yeni fakt, yeni araşdırma, yeni mövqe yoxdur. Sadəcə əsassız ittihamların dövriyyəyə buraxılması müşahidə olunur. Halbuki həmin iddiaların bir çoxu açıq-aşkar böhtan və şər xarakteri daşıyır və hüquqi müstəvidə ciddi məsuliyyət yarada bilər.

Gündüz Qədirovu tanıyanlar yaxşı bilir ki, o, təsadüfi adam deyil. O, öz həyatını və fəaliyyətini vətəninə, dövlətinə və xalqına xidmət üzərində quran bir ziyalıdır. Belə insanlar haqqında danışarkən emosiyaya deyil, reallığa əsaslanmaq lazımdır. Çünki bu cür şəxslər təkcə bir kollektivin deyil, bütövlükdə cəmiyyətin mənəvi dayaqlarından hesab olunurlar.

Onun həyat yoluna nəzər saldıqda aydın görünür ki, Gündüz Qədirov pillə-pillə, zəhmət və əziyyət hesabına yüksəlmişdir. O, səs-küylü kampaniyalarla yox, konkret əməli fəaliyyəti ilə seçilmişdir. Sadədən aliyə doğru irəliləyən bu yol təsadüfün yox, zəhmətin və prinsipiallığın nəticəsidir.

Bu gün İsmayıllıda onu tanımayan yoxdur. Onu tanıyanlar isə yalnız bir fikirdə birləşirlər: Gündüz Qədirov işini bilən, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olan kadrdır. O, çalışdığı hər sahədə özünü doğrultmuş, kollektivdə hörmət və nüfuz qazanmışdır. Bu hörmət nə vəzifədən, nə də imtiyazdan doğur — bu, şəxsiyyətin qazandığı hörmətdir.

Onun ən mühüm xüsusiyyətlərindən biri ağır işdən çəkinməməsidir. O, həmişə məsuliyyətli və çətin vəzifələri üzərinə götürən, nəticəyə hesablanan fəaliyyət göstərən insanlardan olub. Bu keyfiyyət isə hər rəhbərdə olmur. Rəhbərlik təkcə kreslo deyil, həm də məsuliyyət yüküdür və bu yükü daşımaq hər kəsin işi deyil.

Gündüz Qədirovun fəaliyyəti göstərir ki, o, yalnız idarəçi deyil, həm də ziyalıdır. Onun savadı, mədəniyyəti, etik davranışı, böyük-kiçik yerini bilməsi kollektivdə xüsusi hörmət qazandırıb. Belə insanlar cəmiyyət üçün nümunə rolunu oynayır və onların fəaliyyəti gənc nəslin formalaşmasına müsbət təsir edir.

Bu gün ona qarşı aparılan kampaniyalar isə tamam başqa mənbədən qidalanır. Burada məsələ nə təhsil, nə idarəetmə, nə də ictimai maraqdır. Burada söhbət sırf şəxsi maraqlardan, daxili çəkişmələrdən gedir. Xalq arasında deyildiyi kimi: “dava yorğan davasıdır”. Yəni mübarizə prinsip və ideya uğrunda yox, şəxsi maraqlar uğrundadır.

Ən gülünc məqam isə odur ki, paylaşımlarda guya Gündüz Qədirov sinif otaqlarını hazırlıq keçən müəllimlərə icarəyə verdiyi iddia olunur. Halbuki eyni məqalədə bu barədə heç bir tutarlı və təkzib olunmaz fakt göstərilmir. Bu isə artıq iddiaların nə qədər ziddiyyətli və əsassız olduğunu göstərir. Bir sözlə qeyd edək ki, Gündüz Qədirovun və ümumilikdə İsmayıllı Şəhər 1 saylı İ.Həsənov adına orta məktəb haqqında yayılan məlumatlara dair heç bir dəlil, və rəsmi sənəd, foto və video təqdim olunmur. Bu hisə həmin paylaşımların həqiqəti əks etdirmədiyinin bariz nümunəsidir.

Bu kimi ziddiyyətlər bir daha sübut edir ki, ortada ciddi araşdırma yox, sadəcə qarayaxma kampaniyası var. Belə yanaşma isə nə jurnalistikadır, nə də ictimai məsuliyyət. Bu, sadəcə informasiya çirkliliyidir. Digər bir məqam isə yayılan məlumatların mənbəyi ilə bağlıdır. Çünki yayılan məlumatlar təkcə böhtan deyil, həm də hüquq pozuntusudur. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunması isə tamamilə qanuni və məntiqli addımdır. Çünki hər kəs öz şərəf və ləyaqətini qorumaq hüququna malikdir və bu hüquq qanunla təmin olunur.

Cəmiyyət də artıq bu cür kampaniyalara adekvat reaksiya verir. İnsanlar əsassız iddialara inanmır, əksinə, onları sifarişli materiallar kimi qiymətləndirir. Bu isə onu göstərir ki, ictimai şüur artıq bu cür manipulyasiyalara qarşı immunitet qazanmaqdadır. Burada əsas sual yenə də açıq qalır: niyə bəzi insanlar həqiqəti görmək istəmir? Niyə yaxşıya yaxşı demək bu qədər çətinləşib? Cavab sadədir - çünki məqsəd həqiqət deyil.
Unutmaq olmaz ki, hər bir sözün, hər bir yazının məsuliyyəti var. Böhtan atmaq asandır, amma onun hüquqi və mənəvi nəticələri ağır olur. Xüsusilə də ziyalı bir insana qarşı bu cür kampaniyalar aparmaq cəmiyyətin mənəvi dəyərlərinə zərbə vurmaq deməkdir.

Gündüz Qədirovun bu yazılara ehtiyacı yoxdur. Onun fəaliyyəti, gördüyü işlər, qazandığı hörmət onun ən böyük cavabıdır. Lakin bu cür yazılar başqaları üçün dərs olmalıdır — həm jurnalistlər, həm də sosial şəbəkə istifadəçiləri üçün. Çünki informasiya azadlığı məsuliyyətsizlik demək deyil. Tənqid etmək olar və lazımdır, amma faktlarla, sübutlarla. Əks halda bu, tənqid yox, böhtandır.

Sonda bir daha qeyd etmək lazımdır ki, bu kampaniyalar nə Gündüz Qədirovun nüfuzuna xələl gətirə bilər, nə də həqiqəti dəyişə bilər. Əksinə, bu cəhdlər onun ətrafında olan dəstəyi daha da gücləndirir.
Görməyə göz hamıda var — yetər ki, həqiqəti görmək istəyi olsun.

Unutmayın ki, yalan ayaq tutar amma yeriməz 

Bizimlə əlaqə saxlayın