14 
apr
2026
18:01
37

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Vado Korovin vəzifəsindən azad edildi

14 apr, 2026
18:01
837

“Space” Televiziyasının təsisçisi kanalın baş direktoru Vado Korovini tutduğu vəzifədən azad edilib.

Turkdunyasi.site Manset.az-a istinadən xəbər verir ki, hazırda Space Televiziyasında bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur. Məlumat üçün bildirək ki, Nəriman Əbdüləliyev Vado Korovinin kürəkənidir. Onun həyat yoldaşı Zemfira Korovina da “Space”də rəhbər vəzifələrdən birini tutur.

Qeyd edək ki, ötən gün Manset.az xəbər portalı Vado Korovinin vəzifəsindən azad ediləcəyi ilə bağlı xəbəri yayımlamışdı. Kanalın direktor müavini Nəriman Əbdüləliyev xəbəri təkzib edərək bu gün iclas keçiriləcəyini bildirmişdi.

Bizimlə əlaqə saxlayın