Gündəm - Turkdunyasi.az
<language>az</language>
<description>Gündəm - Turkdunyasi.az</description>
Fərhad Adıgözəlovdan növbəti qərar – idarə rəisi vəzifədən getdi
<turbo:content><![CDATA[ Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Quba Regional Reklam İdarəsinin rəisi işdən çıxarılıb.
Turkdunyasi.site "Qaynarinfo"ya istinadən xəbər verir ki, ADRA İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə Vüsal Oktay oğlu Mustafayev öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Vüsal Mustafayev 2024-cü ildə ADRA-nın Quba Regional Reklam İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu. ]]></turbo:content>
Rəsmi qərar: ATU-nun yeni mətbuat katibi
<turbo:content><![CDATA[ Həqiqət İsabalayeva Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.
Turkdunyasi.site ATU-ya istinadla xəbər verir ki, bu barədə universitetin rektoru, professor Gəray Gəraybəyli əmr imzalayıb.
Qeyd edək ki, bu təyinata qədər H.İsabalayevanın sonuncu iş yeri Bakı Mühəndislik Universiteti olub. ]]></turbo:content>
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
<turbo:content><![CDATA[ Aprelin 14-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.
Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.
1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub. 2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub. ]]></turbo:content>
Ağdama dolu yağdı
<turbo:content><![CDATA[ Ağdam şəhərinə və Xıdırlı kəndinə dolu yağıb.
Turkdunyasi.site xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə bu gün yağışlı hava dolu ilə əvəzlənib.
Dolu Ağdam şəhəri və Xıdırlı kəndinə daha çox yağıb.
Qısa müddət ərzində yağan dolu yenidən yağışla əvəzlənib./Teleqraf/ ]]></turbo:content>
<content:encoded><![CDATA[ Ağdam şəhərinə və Xıdırlı kəndinə dolu yağıb.
Vado Korovin vəzifəsindən azad edildi
<turbo:content><![CDATA[ “Space” Televiziyasının təsisçisi kanalın baş direktoru Vado Korovini tutduğu vəzifədən azad edilib.
Turkdunyasi.site Manset.az-a istinadən xəbər verir ki, hazırda Space Televiziyasında bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur. Məlumat üçün bildirək ki, Nəriman Əbdüləliyev Vado Korovinin kürəkənidir. Onun həyat yoldaşı Zemfira Korovina da “Space”də rəhbər vəzifələrdən birini tutur.
Qeyd edək ki, ötən gün Manset.az xəbər portalı Vado Korovinin vəzifəsindən azad ediləcəyi ilə bağlı xəbəri yayımlamışdı. Kanalın direktor müavini Nəriman Əbdüləliyev xəbəri təkzib edərək bu gün iclas keçiriləcəyini bildirmişdi. ]]></turbo:content>
Yalan ayaq tutar amma yeriməz!
<turbo:content><![CDATA[ Ölkədə baş verən ictimai-siyasi hadisələri obyektiv, qərəzsiz və peşəkar şəkildə araşdıran media qurumlarının sayı günbəgün azalır. Bu boşluğu isə təəssüf ki, məsuliyyətsiz, faktlara söykənməyən, sifarişli və böhtan xarakterli paylaşımlar doldurmaqdadır. Xüsusilə sosial şəbəkələrdə və bəzi elektron platformalarda yayılan materiallar artıq jurnalistikanın prinsiplərindən yox, qərəzin və şəxsi maraqların diktəsindən xəbər verir.
Turkdunyasi.site xəbər verir ki, son dövrlərdə İsmayıllı şəhər İ. Həsənov adına 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov haqqında yayılan iddialar da məhz bu qəbildəndir. Bu yazılar nə faktlara əsaslanır, nə də jurnalist etikasına. Əksinə, diqqətlə baxdıqda onların qurama, şişirdilmiş və sifarişli olduğu açıq-aşkar görünür. Bunun üçün “alim” olmağa ehtiyac yoxdur — sadəcə sağlam düşüncə kifayətdir.
Əgər ortada obyektivlik varsa, niyə həqiqət təhrif olunur? Əgər qərəzsizlik prinsipi mövcuddursa, niyə düzə əyri, əyriyə düz deyilir? Bu sualların cavabı əslində hər kəsə bəllidir. Çünki bu hücumların arxasında görünən və görünməyən “kənar əl”, “xüsusi maraq” və şəxsi hesablaşmalar dayanır.
Bir neçə gündür ki, bəzi media nümayəndələri və blogerlər eyni mövzunu “xarab qramafon valı” kimi təkrarlamaqla məşğuldurlar. Yeni fakt, yeni araşdırma, yeni mövqe yoxdur. Sadəcə əsassız ittihamların dövriyyəyə buraxılması müşahidə olunur. Halbuki həmin iddiaların bir çoxu açıq-aşkar böhtan və şər xarakteri daşıyır və hüquqi müstəvidə ciddi məsuliyyət yarada bilər.
Gündüz Qədirovu tanıyanlar yaxşı bilir ki, o, təsadüfi adam deyil. O, öz həyatını və fəaliyyətini vətəninə, dövlətinə və xalqına xidmət üzərində quran bir ziyalıdır. Belə insanlar haqqında danışarkən emosiyaya deyil, reallığa əsaslanmaq lazımdır. Çünki bu cür şəxslər təkcə bir kollektivin deyil, bütövlükdə cəmiyyətin mənəvi dayaqlarından hesab olunurlar.
Onun həyat yoluna nəzər saldıqda aydın görünür ki, Gündüz Qədirov pillə-pillə, zəhmət və əziyyət hesabına yüksəlmişdir. O, səs-küylü kampaniyalarla yox, konkret əməli fəaliyyəti ilə seçilmişdir. Sadədən aliyə doğru irəliləyən bu yol təsadüfün yox, zəhmətin və prinsipiallığın nəticəsidir.
Bu gün İsmayıllıda onu tanımayan yoxdur. Onu tanıyanlar isə yalnız bir fikirdə birləşirlər: Gündüz Qədirov işini bilən, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olan kadrdır. O, çalışdığı hər sahədə özünü doğrultmuş, kollektivdə hörmət və nüfuz qazanmışdır. Bu hörmət nə vəzifədən, nə də imtiyazdan doğur — bu, şəxsiyyətin qazandığı hörmətdir.
Onun ən mühüm xüsusiyyətlərindən biri ağır işdən çəkinməməsidir. O, həmişə məsuliyyətli və çətin vəzifələri üzərinə götürən, nəticəyə hesablanan fəaliyyət göstərən insanlardan olub. Bu keyfiyyət isə hər rəhbərdə olmur. Rəhbərlik təkcə kreslo deyil, həm də məsuliyyət yüküdür və bu yükü daşımaq hər kəsin işi deyil.
Gündüz Qədirovun fəaliyyəti göstərir ki, o, yalnız idarəçi deyil, həm də ziyalıdır. Onun savadı, mədəniyyəti, etik davranışı, böyük-kiçik yerini bilməsi kollektivdə xüsusi hörmət qazandırıb. Belə insanlar cəmiyyət üçün nümunə rolunu oynayır və onların fəaliyyəti gənc nəslin formalaşmasına müsbət təsir edir.
Bu gün ona qarşı aparılan kampaniyalar isə tamam başqa mənbədən qidalanır. Burada məsələ nə təhsil, nə idarəetmə, nə də ictimai maraqdır. Burada söhbət sırf şəxsi maraqlardan, daxili çəkişmələrdən gedir. Xalq arasında deyildiyi kimi: “dava yorğan davasıdır”. Yəni mübarizə prinsip və ideya uğrunda yox, şəxsi maraqlar uğrundadır.
Ən gülünc məqam isə odur ki, paylaşımlarda guya Gündüz Qədirov sinif otaqlarını hazırlıq keçən müəllimlərə icarəyə verdiyi iddia olunur. Halbuki eyni məqalədə bu barədə heç bir tutarlı və təkzib olunmaz fakt göstərilmir. Bu isə artıq iddiaların nə qədər ziddiyyətli və əsassız olduğunu göstərir. Bir sözlə qeyd edək ki, Gündüz Qədirovun və ümumilikdə İsmayıllı Şəhər 1 saylı İ.Həsənov adına orta məktəb haqqında yayılan məlumatlara dair heç bir dəlil, və rəsmi sənəd, foto və video təqdim olunmur. Bu hisə həmin paylaşımların həqiqəti əks etdirmədiyinin bariz nümunəsidir.
Bu kimi ziddiyyətlər bir daha sübut edir ki, ortada ciddi araşdırma yox, sadəcə qarayaxma kampaniyası var. Belə yanaşma isə nə jurnalistikadır, nə də ictimai məsuliyyət. Bu, sadəcə informasiya çirkliliyidir. Digər bir məqam isə yayılan məlumatların mənbəyi ilə bağlıdır. Çünki yayılan məlumatlar təkcə böhtan deyil, həm də hüquq pozuntusudur. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunması isə tamamilə qanuni və məntiqli addımdır. Çünki hər kəs öz şərəf və ləyaqətini qorumaq hüququna malikdir və bu hüquq qanunla təmin olunur.
Cəmiyyət də artıq bu cür kampaniyalara adekvat reaksiya verir. İnsanlar əsassız iddialara inanmır, əksinə, onları sifarişli materiallar kimi qiymətləndirir. Bu isə onu göstərir ki, ictimai şüur artıq bu cür manipulyasiyalara qarşı immunitet qazanmaqdadır. Burada əsas sual yenə də açıq qalır: niyə bəzi insanlar həqiqəti görmək istəmir? Niyə yaxşıya yaxşı demək bu qədər çətinləşib? Cavab sadədir - çünki məqsəd həqiqət deyil.
Unutmaq olmaz ki, hər bir sözün, hər bir yazının məsuliyyəti var. Böhtan atmaq asandır, amma onun hüquqi və mənəvi nəticələri ağır olur. Xüsusilə də ziyalı bir insana qarşı bu cür kampaniyalar aparmaq cəmiyyətin mənəvi dəyərlərinə zərbə vurmaq deməkdir.
Gündüz Qədirovun bu yazılara ehtiyacı yoxdur. Onun fəaliyyəti, gördüyü işlər, qazandığı hörmət onun ən böyük cavabıdır. Lakin bu cür yazılar başqaları üçün dərs olmalıdır — həm jurnalistlər, həm də sosial şəbəkə istifadəçiləri üçün. Çünki informasiya azadlığı məsuliyyətsizlik demək deyil. Tənqid etmək olar və lazımdır, amma faktlarla, sübutlarla. Əks halda bu, tənqid yox, böhtandır.
Sonda bir daha qeyd etmək lazımdır ki, bu kampaniyalar nə Gündüz Qədirovun nüfuzuna xələl gətirə bilər, nə də həqiqəti dəyişə bilər. Əksinə, bu cəhdlər onun ətrafında olan dəstəyi daha da gücləndirir.
Görməyə göz hamıda var — yetər ki, həqiqəti görmək istəyi olsun.
Unutmayın ki, yalan ayaq tutar amma yeriməz  ]]></turbo:content>
Unutmayın ki, yalan ayaq tutar amma yeriməz  ]]></content:encoded>
Struktur islahatı: dövlət qurumunda şöbələr ləğv edildi
<turbo:content><![CDATA[ ​​​​İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) kadr və struktur dəyişikliyi olub.
Turkdunyasi.site İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Planlama, layihələndirmə və tikintiyə nəzarət şöbəsinin müdiri Xazin Hidayətov vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, agentliyin Peşə Təhsil Mərkəzinə Korporativ əlaqələr və tərbiyə işləri üzrə direktor müavini təyin edilib.
Planlama, layihələndirmə və tikintiyə nəzarət şöbəsinin müdiri vəzifəsinə isə Elnur Süleymanov təyinat alıb.
Yeni əmrlə İqtisadi zonalarda infrastruktura dəstək şöbəsinin müdiri həm də baş energetik vəzifəsini daşıyacaq.
Bundan əlavə, Katiblik, protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin əsasında Ümumi işlər şöbəsi yaradılıb. Eyni zamanda, İnformasiya texnologiyaları bölməsi İnformasiya texnologiyaları və elektron idarəetmə şöbəsinə çevrilib.
İndiyədək İnvestisiya və iqtisadi təhlil şöbəsinə rəhbərlik edən Aqşin İbişsoy yeni yaradılan Layihələrin təhlili və təsdiqedici sənədlərlə iş şöbəsinin müdiri təyin olunub.
Rezidentlərə dəstək şöbəsinin adı dəyişdirilib və onun müdiri Azər Qurbanov vəzifəsindən azad edilib. Yeni yaradılan Rezidentlərə dəstək və koordinasiya şöbəsinin müdiri vəzifəsinə isə Amir Məmmədov təyin edilib. O, indiyədək Strateji layihələr şöbəsinin müdiri vəzifəsində çalışıb. ]]></turbo:content>
Prezident Aparatında yeni təyinat – mətbuat katibi müəyyənləşdi
<turbo:content><![CDATA[ Xəbər verdiyimiz kimi, Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.
Turkdunyasi.az Unikal-a istinadla xəbər verir ki, Orxan Səttarov Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri olub. Buna qədər isə "Vestnik Kavkaza" xəbər agentliyində çalışıb.
O, Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarovun oğludur.
Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir.
Məşhur jurnalistə TƏBİB-də yüksək vəzifə həvalə edildi
<turbo:content><![CDATA[ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.
Turkdunyasi.site Oxu.az-a istinadla xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi Elnur Hidayətoğluya həvalə olunub.
Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.
Qeyd edək ki, bir neçə gün əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova tutduğu vəzifədən azad edilib. ]]></turbo:content>
Sabiq ədliyyə naziri vəfat edib - FOTO
<turbo:content><![CDATA[ Keçmiş ədliyyə naziri Südabə Həsənova 79 yaşında vəfat edib.
Turkdunyasi.site xəbər verir ki, Südabə Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya gəlib.
O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib.
Qeyd edək ki, Südabə Həsənova ədliyyə naziri (1995 - 2000), Ali Məhkəmənin sədri (2000 - 2005) vəzifələrində işləyib.