31 
yan
2026
12:34
53

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ağdamda Həbsdən yeni çıxan kişi arvadını baltaladı

31 yan, 2026
12:34
753

Ağdamda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.

Turkdunyasi.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində baş verib.
Kənd sakini, həbsdən yeni çıxan Ceyhun Ağali oğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salahovaya çoxsaylı balta zərbəsi ilə xəsarət yetirib.
Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Gülzadə Salahovanın vəziyyətinin ağır olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan vurğulanıb ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı Ceyhun Salahov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın