31 
yan
2026
12:40
48

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Goranboyda qazi anasını qətlə yetirdi, həyat yoldaşını yaraladı

31 yan, 2026
12:40
748

Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi törədilib.

Turkdunyasi.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası - 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq öldürüb.
Hadisə zamanı həyat yoldaşı - 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.
Məlumata görə, E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Onun psixoloji problemlərinin olduğu bildirilir.
E.Vəliyevin iki azyaşlı övladı var.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın