fev
2026
12:55
52

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

DİN BNMi 26 kq narkotik vasitə aşkarladı

3 fev, 2026
12:55
952

DİN BNMİ 26 kq narkotik vasitə aşkarladı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat xidmətindən məlumat verilib. Belə ki,
Onlardan 26 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb. 

Faktlarla bağlı cinayət işi başlanılıb. X.Həmzəyev və K.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın