fev
2026
14:47
64

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı keçirilib

5 fev, 2026
14:47
764

Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı keçirilib

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə paytaxt və bölgələrdə fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Turkdunysi.az-a DİN-nin Mətbuat xidmətindən məlumat verilib.
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olan əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən 10 kiloqram 665 qram narkotik vasitə tiryək və tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın