5 
fev
2026
14:50

36

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Təcili xəbər Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

5 fev, 2026
14:50
936
Ağcabədidə çoxlu bıçaq xəsarətləri almış azyaşlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Turkdunyasi.az xəbər verir ki, hadisə rayonun Aşağı Avşar kəndində baş verib.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 4 fevral 2026-cı il tarixdə saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.
Pasiyent dərhal əməliyyat blokuna alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
DİN-dən bildirilib ki, əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.



