13 
fev
2026
11:21

47

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Mingəçevirdə dəhşətli hadisə: Sürücü sükan arxasında öldü

13 fev, 2026
11:21
647
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.
Belə ki, sərnişin daşıyan "Ford" markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.
İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.



