

E-mail: turkdunyasi.az@mail.ru
Bakıda daha bir narkokuryer saxlanıldı

Bakıda daha bir narkokuryer saxlanıldı
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Tədbir zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunan 27 yaşlı Əli Əliyev saxlanılıb. Həmin şəxsdən 4 kiloqram 20 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana və metamfetamin aşkarlanıb. Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.
Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara maddi gəlir qarşılığında çatdıracağını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Ə.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının bu ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı *42* kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.



