17 
fev
2026
01:21
54

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Füzulidə ağır yol qəzası: ölən və yaralılar var

17 fev, 2026
01:21
654


Füzulidə baş verən qəza zamanı 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Turkdunyasi.az Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Kərimbəyli kəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mersedes" markalı minik avtomobili "QAZel" markalı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilində olan 1 nəfər sərnişin - 1981-ci il təvəllüdlü Beyləqan rayonunun Mil qəsəbə sakini Tərgül Allahyar qızı Mirzəyeva ölüb, 4 nəfər ağır xəsarət alıb.
Xəsarət alan şəxslər bunlardır: minik avtomobilinin sürücüsü Bakir Yunis oğlu Qardaşxanov və sərnişinlər Rauf Vüqar oğlu Ağalarzadə, Sərvan Mahmud oğlu Qalsanov, Brilyant Təbriz qızı Atakişiyeva.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın