17 
fev
2026
14:03
35

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Biləsuvarda evlərdən oğurluq edən şəxs saxlanılıb

17 fev, 2026
14:03
735

Biləsuvarda evlərdən oğurluq edən şəxs saxlanılıb

Biləsuvar rayonunun ərazisində yerləşən yaşayış evlərindən birindən 1100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində 
əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Tacəddin Mansurov saxlanılıb.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.

Araşdırmalarla onun rayon ərazisində daha 6 evdən oğurluq etdiyi müəyyən olunub.

Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın