19 
fev
2026
14:49
35

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Qaxda 19 kq narkotik vasitə aşkarlandı

19 fev, 2026
14:49
635

Qaxda 19 kq narkotik vasitə aşkarlandı

Qax  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb. Bu barədə Turkdunyasi.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərlə əvvəllər də analoji əmələ görə məhkum olunmuş 40 yaşlı Elnar Allahverdiyev saxlanılıb. Ondan 19 kiloqram marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. 
E.Allahverdiyev narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın