20 
fev
2026
16:21

36

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Bakıda çadralı qadınlar bıçaqla mağazaya basqın etdilər

20 fev, 2026
16:21
636
Fevralın 20-də günorta saatlarında Bakının Keşlə qəsəbəsində soyğun baş verib.
Turkdunyasi.az Globalinfo.az-a istinadla xəbər verir ki, 5-6 qadın qara çadrada, üzlərində niqab Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar əllərində bıçaq, ülgüc tutaraq kassirləri hədələyib, oradakı pulu götürüblər.
Hadisə şahidlərinin bildiriyinə görə, soyğunçular Azərbaycan dilində danışıblar, həmçinin aralarında başqa dildə söhbət ediblər.
Bütün soyğun prosesi marketin müşahidə kameraları tərəfindən qeydə alınıb.



