21 
fev
2026
18:06
47

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bakıda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı

21 fev, 2026
18:06
747

Zabratda mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı
 
Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum şəxs Zabrat qəsəbəsində yerləşən market, eləcə də üç evdən pul, təmir-tikinti alətləri və məişət əşyaları talayıb.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.
 
Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, bir müddət müşahidə aparıb zərərçəkənlərin evdə olmadığını dəqiqləşdirdikdən sonra mağaza və evləri talayıb.
 
Zabrat qəsəbəsində keçirilən digər tədbir nəticəsində isə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı R.Poladov da saxlanılıb. Faktlar üzrə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın