23 
fev
2026
17:18
64

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Sabunçuda yeddi evdən 10 min manatlıq elektrik naqilləri oğurlayan iki nəfər saxlanılıb

23 fev, 2026
17:18
664

Sabunçuda yeddi evdən 10 min manatlıq elektrik naqilləri oğurlayan iki nəfər saxlanılıb

Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ümumilikdə 7 evə daxil olaraq dəyəri 10 min manata yaxın elektrik naqillərini oğurlayıblar.
Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.

Onlar əməllərini ört-basdır etmək üçün bəzi evlərdə quraşdırılan müşahidə kameralarını da sındırıblar.

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Arif Sultanov və 29 yaşlı Cəfər Cəfərquliyev saxlanılıblar.

Araşdırmalarla saxlanılan şəxslərin oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın