23 
fev
2026
20:00

61

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb

23 fev, 2026
20:00
761
Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
Turkdunyasi.az-ın məlumatına görə, bu gün günorta saatlarında şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib. Qadın xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.



