24 
fev
2026
18:49
59

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Binəqədi rayonunda 12 min manatlıq oğurluq edənlər saxlanılıblar

24 fev, 2026
18:49
659

Binəqədi rayonunda 12 min manatlıq oğurluq edənlər saxlanılıblar

Paytaxtın Binəqədi rayonunda evlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxs müxtəlif vaxtlarda rayonun Biləcəri və Sulutəpə qəsəbələrində yerləşən dörd evdən ümumilikdə 6435 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlayıb.

Turkdunyasi.az-a bu barədə DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı X. Rüstəmov müəyyən edilərək saxlanılıb. O, taladığı pullarla rayon ərazisində mağazaların birindən alış-veriş edib.

İdarə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində rayon ərazisindəki evlərin birindən 6 min  manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ.Feyzullayev də saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın