27 
fev
2026
01:38
66

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Şamaxıda qadın öldürüldü ögey oğlu tutuldu

27 fev, 2026
01:38
966

Fevralın 26-da gecə saatlarında Şamaxıda yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətlə aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılıb.

Turkdunyasi.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın