28 
fev
2026
13:12

132

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Cəbrayıl şəhərciyində narkotik əməliyyatı: Saxlanılanlar var

28 fev, 2026
13:12
6132
Biləsuvarda 5 kiloqram narkotik vasitə aşkarlanıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



