mar
2026
15:25
69

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bank əməkdaşı saxlanıldı

4 mar, 2026
15:25
869

Bank əməkdaşı olduğunu deyib 13 min manatı talayan şəxs saxlanılıb
Bank əməkdaşı saxlanıldı

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı maddi vəsaitin talandığını bildirib.

Bu barədə Turkdunyasi.az-a DİN-nin Mətbuat Xdmətindən məlumat verilib.

Belə ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib.

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın