8 
mar
2026
21:52

76

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Gəncədə 8 Mart günü iki piyadanı avtomobil vurub

8 mar, 2026
21:52
776
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını yolu keçmək istəyən 1961-ci il təvəllüdlü M.Müseyibovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Digər hadisə isə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
Belə ki avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü İ.Musayevi vurub.
Yeniyetmə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Hər iki faktla bağlı araşdırma aparılır.



