mar
2026
13:00
64

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

“Mersedes” hasara çırpıldı, 21 yaşlı gənc öldü

9 mar, 2026
13:00
864

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

Turkdunyasi.az-ın məlumatına görə hadisə martın 8-i gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndində baş verib.
Masallı rayon sakini, 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi “Mersedes” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yolun kənarındakı daş hasara çırpılıb.
Qəza nəticəsində sürücü O.Zamanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın