27 
mar
2026
13:56
63

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Goranboyda 34 yaşlı kişi bıçaqlandı

27 mar, 2026
13:56
763

Goranboy rayonunda 34 yaşlı kişi bıçaqlanıb.

Turkdunyasi.site-nın Oxu.az-a istinadla məlumatına görə, hadisə rayon ərazisində baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Murad Əliyev küçədə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Araşdırmalarla məlum olub ki, Murad Əliyev rayon sakini, 2009-cu il təvəllüdlü K.Əliyevlə mübahisə edib. Mübahisə zamanı K.Əliyev Muradı bıçaqlayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən K.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın