28 
mar
2026
12:44
62

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Güclü sel suları üç kəndi birləşdirən yolu bağladı

28 mar, 2026
12:44
862

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları Ağsu rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Turkdunyasi.site-yə bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Yolun açılması istiqamətində işlər görülür.
Güclü sel üç kəndi birləşdirən yolun bağlanmasına səbəb oldu - FOTO

Bizimlə əlaqə saxlayın