1 
apr
2026
17:28

68

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
12 min manatlıq telefon oğurlayan şəxs saxlanıldı - FOTO

1 apr, 2026
17:28
768
Xətai rayonunda 12 min manatlıq mobil telefon oğurlayan şəxs saxlanılıb.
Bu barədə Turkdunyasi.site-yə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birindən oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, mağazanın şüşəsini sındıraraq içəri daxil olub və ümumi dəyəri 12 000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.



