1 
apr
2026
17:32

45

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR

1 apr, 2026
17:32
645
Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən 64 yaşlı əvvəllər məhkum olunmuş Taləddin Əhmədovu saxlayıb.
Bu barədə Turkdunyasi.site-yə Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən məlumat verilib.
Onun Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümumilikdə 1 717 manat, bank kartları və sənədlər olan pul kisəsini əl keçirdiyi məlum olub. Həmin şəxsin törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.



