12 
apr
2026
12:14

38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Binəqədi rayonunda evlərdən oğurluq edən şəxs saxlanılıb

12 apr, 2026
12:14
738
Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib.
Bu barədə Turkdunyasi.site-yə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 min 50 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib.
Araşdırmalar davam etdirilir.



